"Kəpəz" öncə Bakı, sonra Antalya
Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Kəpəz" komandasının qış hazırlıq proqramı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, istirahətə buraxılan kollektiv 2018-ci il yanvarın 5-də Bakıda bir araya gələrək tibbi müayinədən keçəcəklər.
Futbolçular ayın 7-də baş məşqçinin sərəncamında olacaqlar. Yanvarın 8-dən isə "sarı-göylər" gündə iki dəfə olmaqla təlim-məşq toplanışına start verəcəklər. Ayın 13-dək komanda "Dalğa Arena"da məskunlaşacaq. Daha iki gün isə futbolçular Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçəcək.
"Kəpəz"in üzvləri yanvarın 16-da istirahət edəcək. Bir gün sonra isə komanda Türkiyəyə yollanmaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında toplaşacaq. Gəncə klubu hazırlığın bundan sonrakı hissəsini Antalyada davam etdirəcək. Gəncə klubu fevralın 2-dək qardaş ölkədə olacaq.
Oxşar xəbərlər
“Kəpəz”in hazırlıq planı məlum oldu
"Kəpəz" Antalyaya yollandı
“Zirə”nin qış hazırlıq planı məlum oldu
“Kəpəz” Türkiyəyə yollanır?
"Kəpəz" qış hazırlıq planında hara yollanacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası