“Qırmızı-qaralar”ın hazırlıq planı müəyyənləşdi
“Qəbələ” futbol komandasının qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar” mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşacaq.
Komandanın qonşu ölkədəki hazırlığı iki hissədən ibarət olacaq. İlk mərhələ 2018-ci il yanvarın 5-dən 17-dək davam edəcək. “Qəbələ” bu müddətdə üç yoxlama oyunu keçirəcək. Roman Qriqorçukun baş məşqçi olduğu kollektiv yanvarın 10-da Türkiyə “Akhisar Bələdiyyəspor”u, 17-də isə İsveçrə “Sürix” ilə qarşılaşacaq. Daha bir matç ayın 14-də baş tutacaq ki, həmin rəqibin adı dəqiqləşməyib.
Toplanışın ilk hissəsini başa vurduqdan sonra üçgünlük istirahətə buraxalacaq komanda yanvarın 21-də yenidən bir araya gələcək. “Qırmızı-qaralar”ın hazırlıq prosesi fevralın 3-dək davam edəcək. Bu müddətdə “Qəbələ” daha 4 yoxlama görüşünə çıxacaq. Yanvarın 24-də Makedoniyanın “Rabotniçki”, 27-də Rusiyanın “Arsenal” (Tula), 31-də Çexiyanın “Bohemians” klubu ilə görüşəcək komanda fevralın 3-də Makedoniya “Şkendiya”sı ilə qarşılaşmada qüvvəsinə sınayacaq. (report.az)
Oxşar xəbərlər
"Qəbələ"nin rəqibləri müəyyənləşdi - Toplanış
"Qəbələ" Türkiyədə 3 yoxlama matçı keçirəcək - Hazırlıq planı
"Qəbələ" də Türkiyəyə yollandı
“Qəbələ” klubu Türkiyə toplanışını başa vurdu
“Qəbələ” klubu qış təlim-məşq toplanışına start verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası