reklam
Sultanov
Sportfm.az xəbər saytı

Sultanov "qaçır", Mortoza və Tyaqo "qovur" -debütantın futzalçısının böyük uğuru


Bu gün futzal üzrə Yüksək Liqada XI turun oyunları keçirildi.

Sportfm.az xəbər verir ki, Cari mövsümdə ilk dəfə olaraq oyunlar "Olimpik Star" İdman Kompleksində keçirildi. 
"Yasamal"la qarşılaşmadan öncə turnir cədvəlindəki vəziyyət “Marafon Futsal”ın favorit olduğunu göstərirdi. Oyunun gedişində bu ehtimal özünü doğrultdu. 
Günün ikinci matçında “İtaldizain" lider "Araz" qarşısına itkilərlə çıxmışdı. Ötən qarşılaşmada zədələnən Rəcəb Fərəczadə və Ağatahir Əzimov komandasına kömək edə bilmirdi. Gözlənildiyi kimi, “Araz” hücum edən tərəf idisə, “FK.İD.Futsal” isə əks-hücumlarla qol vurmaq ümidində idi. Rəqibinə böyük hesabla qalib gələn “Araz” zirvədəki yerini də qorumuş oldu.
Turun son matçına gəldikdə, “Neftçi” İK "Xəmsə" ilə görüşə ciddi itkilərlə çıxmışdı. Ötən oyunda qırmızı vərəqə alan Tural Qurbanovdan başqa səhhətində problem olan təcrübəli qapıçı Elnur Zamanov da komandasına kömək edə bilmirdi. Elə “Xəmsə”də də oyunçu baxımdan kasadlıq idi. Bunun nəticəsidir ki, komandalar hərəsi bir xala razı oldu. 

“Marafon Futsal” – “Yasamal” FK (3:0) 5:2
16 dekabr. Olimpik Star. Saat 12:30
Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Kənan Məlikov
Hakim-inspektorlar: Ələkbər Məmmədov
Qollar: S. Məmmədov, 3:51, R. Bağırzadə, 11:16, H. Khodaei, 12:56, M. Morovati, 26:20, R. Sultanov, 34:17 // V. Səfərov, 24:43, M. Cahandost, 36
Sarı vərəqələr: R. Sultanov, 36 // M. Cahandost, 25, V. Səfərov, 27

“Marafon Futsal”
2. Kamran Hacıyev (q), 7. İlkin Hacıyev, 8. Renat Sultanov (k), 10. Seymur Məmmədov, 13. Məcid Morovati, 12. Kəsra Mehdipour (q), 4. İbrahim Zeynalov, 9. Omid Talebi, 11. Hamed Khodaei, 77. Səid Goodarzi, 22. Tofiq Əliyev, 99. Rüstəm Bağırzadə
Baş məşqçi: Elşad Quliyev

“Yasamal” FK
13. Teymur Mirzəyev (q,k), 5. Vüsal Səfərov, 3. Xəyal Quliyev, 9. Omid Oraz, 14. Mohsin Hayatbini, 23. Vladislav Vorobyov, 11. Anar Babayev, 10. Mortoza Cahandost
Məşqçi: Rüfət Hüseynov

“FK.İD.Futsal” – “Araz” (1:5) 2:10
16 dekabr. Olimpik Star. Saat 14:00
Hakimlər: Elçin Məmmədov, Ramil Namazov, Azad Hüseynov
Hakim-inspektorlar: Ağarza Rzayev
Qollar: E. Quliyev, 18:30 (penalti), E. İbrahimxəlilov, 30:34 // K. Everton, 7:04, M. Da Silva, 9:13, T. Thaqo, 13:03, 13:14, İ. Atayev, 15:51, R. Çovdarov, 24:56, 25:50, R. Quliyev, 32:08, 36:36, O. Rüstəmli, 33:08
Sarı vərəqə: İ. Atayev, 17:10, R. Çovdarov, 27:58

“FK. İD. Futsal” 
12. Ramil Həsənzadə (q,k), 4. Elvin Quliyev, 8. Nihad İsmayılov, 9. Elşən İbramxəlilov, 10. Faiq Əliyev, 1. Ümid Paşayev (q), 5. Emil Abbaszadə, 6. Anar Ağayev, 11. Adil İsmayılov 
Baş məşqçi: Rəfael Adbulov

“Araz” 
1. Rövşən Hüseynli (q), 6. Eduardo Borges, 10. Teles Thaqo, 15. Maykon da Silva, 8. Rizvan Fərzəliyev (k),19. Anar Məmmədov (q), 2. Ramil Quliyev, 7. Ramiz Çovdarov, 9. Karvalho dos Santos, 11. Xətai Bağırov, 14. Oktay Rüstəmli, 3 Kardosa Everton, 13. İsa Atayev
Baş məşqçi: Joze Alesio da Silva

“Neftçi” İK – “Xəmsə” (0:2) 2:2
16 dekabr. Olimpik Star. Saat 15:30
Hakimlər: Elçin Səmədli, Azər Əsgərov, Anar Fərəcov
Hakim-inspektorlar: Tofiq Şükürov 
Qollar: D. Xolerdi, 21:43, T. İsmayılov, 28:52 // Ə. Həsənov, 15:30, S. Əmirov, 17:53
Sarı vərəqə: M. Eybeli, 29:34, D.Xolerdi, 34:16 // Q. İsmayılov, 28:46, Y. Ağakərimzadə, 29:34
Qırmızı vərəqə: Ə. Əjdərov, 25:23

“Neftçi” İK
1.Samir Mehdiyev (q), 5. Mehram Eybeli, 10. Rüfət Balakişiyev (k), 77. Davud Xolerdi, 8. Vahib Xocayev, 23. Elnur Zamanov (q), 13. Əjdər Əjdərov, 7. Tural İsmayılov 
Baş məşqçi: İlqar Aslanov

“Xəmsə” 
1. Zaliş Səmədzadə,7. Elçin Zeynalov, 14. Yamin Ağakərimzadə, 10. Əli Həsənov, 8. Qüdrət İsmayılov (k), 9. Samir Əmirov, 11. Rüfət Cəlilov, 12. Ceyhun Yusifov
Baş məşqçi: Novruz İbrahimov

Oxşar xəbərlər

"Neftçi" məğlub oldu, çempion ilk dəfə meydanı xalsız tərk etdi
EKOL və "Marafon" qalib gəldi, "Xəmsə" yenə məğlub oldu
"İtaldizain" və "Araz" qalib gəldi, "Xəmsə" məğlub oldu
"Marafon" və "Araz" 3 xal qazandı, "Neftçi" xal itirdi
EKOL məğlub oldu, "Yasamal" qələbə qazandı, "Neftçi" İK-dən bərabərlik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər