Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Əfsanə Azərbaycanı tərk edir
"Qəbələ” klubunun futbol direktoru Toni Adams Azərbaycanı tərk edə bilər. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, əfsanəvi futbolçu doğma klubu "Arsenal”dan təklif alıb. Belə ki, Adamsla danışıqlara başlayan londonlular ona klubun 18 yaşadək futbolçulardan ibarət komandasını çalışdırmağı təklif ediblər. "Topçular” İngiltərə yığmasının sabiq üzvünün geri qayıdacağına və keçmiş komanda yoldaşı Tyerri Anri ilə birgə işləməyə razı olacağına inanırlar. Hələ ki, tərəflər arasında razılıq əldə olunmayıb. Bir müddət öncə adı Danimarkanın "Brondbü” klubu ilə birgə hallanan Adamsın hansı qərar verəcəyi maraqla gözlənilir. Qeyd edək ki, məşqçilik karyerasına 2003-cü ildə başlayan Toni Adams bu vaxta qədər "Uikomb Uanderers” (2003-2004), "Portsmut” (2008-2009) və "Qəbələ” (2010-2011) klublarını çalışdırıb.
Oxşar xəbərlər
“Qəbələ”nin sabiq baş məşqçisindən striptiz şou - VİDEO
"Qəbələ"nin ən yaxşı 11-liyi - Toni Adamsa görə
"Arsenal"ın əfsanəsi: "Qarabağ" qrupdan çıxa bilər"
"Azərbaycanda inəyi doğrayıb 24 saat bişirirlər" - Toni Adams
Gürcüstan yığmasının üzvü Azərbaycanı tərk edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası