Bakıda ağır atletika üzrə açıq turnir keçiriləcək
Dekabrın 23-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə açıq turnir keçiriləcək.
Sportfm.az xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışda paytaxt və regionlarda fəaliyyət göstərən idman təşkilatlarından 1997-ci il və daha kiçik təvəllüdlü ağır atletlər iştirak edəcəklər.
Turnirin keçirilməsində məqsəd Fəxrəddin Şahbazovun timsalında Vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, onun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliği və inkişaf etdirilməsi, ən güclü idmançıların aşkar olunması, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.
Oxşar xəbərlər
Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
Şüvəlanda ağır atletika üzrə açıq turnirinə start verildi - Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə
Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika turniri keçiriləcək
Ağır atletika üzrə Azərbaycan kuboku uğrunda turnir keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Gəncə” ilk oyununda məğlub oldu - FIBA Avropa Kuboku
-
Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı - Dünya çempionatı
-
"Antalyaspor" millimizlə oynayacaq
-
"Onlar məni dünya çempionu etdilər" - Messi
-
Bu gün daha 3 qarşılaşma keçiriləcək - Azərbaycan kuboku
-
İki boksçumuz yarımfinalda - Avropa Çempionatı















Misli Premyer Liqası