reklam
Rostov klubunun yeni baş məşqçisi azərbaycanlı oldu
Sportfm.az xəbər saytı

Rostov klubunun yeni baş məşqçisi azərbaycanlı oldu


Azərbaycanlı Kamil Bayramov “SKA Rostov-na-Donu” futbol klubunun yeni baş məşqçisi təyin edilib. Daha əvvəl o, ordu idman klubunun gənclər komandası ilə işləyib.

Sportfm.az xəbər verir ki, Rusiya KİV-lərinin yaydığı məlumata görə, “SKA Rostov-na-Donu” klubunun baş direktoru Sergey Çebotaryov və klubun idman direktoru Oleq Dovqalyov yeni baş məşqçi Kamil Bayramovu və onun köməkçisi Aleksandr Tatarkini komanda üzvlərinə təqdim ediblər. “SKA Rostov-na-Donu” klubu 2015-ci ildən onunla işləyən əvvəlki məşqçilərlə hesablaşdıqdan sonra yeni təyinatlar rəsmən elan ediləcək.

Qeyd edək ki, 45 yaşlı K.Bayramov daha əvvəl vilayət çempionatının ali liqasında çıxış edən “SKA-2-DQTU” klubuna başçılıq edib. Rusiya birinciliyinin yaz mövsümündə ordu klubunun özəyini məhz bu komandanın gənc futbolçuları təşkil edəcəklər. K.Bayramov dəfələrlə Azərbaycan çempionudur, onun “A” lisenziyası var. (AZƏRTAC)

Oxşar xəbərlər

Ayaz Quliyevin yeni klubu məlum oldu
Rusiya klubu azərbaycanlı futbolçunun transferini rəsmən açıqladı
Azərbaycanlı futbolçu Moskva klubuna yollanır?
Rusiya klubunun ən yaxşı futbolçusu azərbaycanlı oldu
Özünü “Rostov”da əla hiss edir - Azərbaycanlı futbolçu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər