Qurban Qurbanovun istefası qəbul olunmadı
Milli komandamızın baş məşqçisi Qurban Qurbanovun AFFA İcraiyyə Komitəsinin üzvlüyündən istefası qəbul olunmayıb.
Sportfm.az xəbər verir ki, bu barədə açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib. Onun sözlərinə görə, Qurbanovun məsələsinə İK-in mart ayında keçirilməsi gözlənilən konfransında yenidən baxılacaq:
"Qurban Qurbanov İcraiyyə Komitəsindəki işini davam etdirəcək. İstefa məsələsinə İK-in növbəti ildəki iclasında yenidən baxılacaq".
İK üzvləri Qurbanovun komitədə işini davam etdirməsini uyğun sayıblar.
Qeyd edək ki, Qurban Qurbanov millimizə baş məşqçi təyin olunduqdan sonra İcraiyyə Komitəsindən ayırılacağını bildirmişdi.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Məndən heç nə soruşmayıblar" - İcraiyyə Komitəsinin iclasına qatılmadı
AFFA milli komandanın mətbuat xidmətini ləğv etdi
Qurban Qurbanov millidən getdi!
Qurban Qurbanovdan istefa qərarı
"Qarabağ"dan Qurban Qurbanov açıqlaması
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası