reklam
FİFA Mutkonun istefasını tələb edir
Sportfm.az xəbər saytı

FİFA Mutkonun istefasını tələb edir


Rusiyanın baş nazirinin müavini Vitali Mutko Rusiya Futbol İttifaqının (RFİ) prezidenti postunu könüllü tərk edəcək.

Sportfm.az xəbər verir ki, bunun səbəbi dopinq qalmaqalı ilə bağlı Rusiya futboluna edilən təzyiqlərdir. Beynəlxalq Olimpiya Komitəsinin fikrincə, dopinq qalmaqalına görə V.Mutko məsuliyyət daşıyır.

FİFA da V.Mutkonun postundan uzaqlaşdırılmasını qətiyyətlə təkid edir.

Rusiya Futbol İttifaqına isə haırda DÇ-2018-ə hazırlıq və mundialın keçirilməsinin təşkilat komitəsinin baş direktoru Aleksey Sorokinin sədr təyin ediləcəyi gözlənilir.

V.Mutko Rusiya prezidentinin Mərkəzi Federal Dairədə nümayəndəsi təyin olunacaq, baş nazirin müavini postunda qalacaq.

O, idmanla bağlı bütün səlahiyyətlərindən məhrum ediləcək.

V.Mutkonun dekabrın 26-da, RFİ-nin İcraiyyə Komitəsinin iclasında istefa verəcəyi təxminlənir.

Oxşar xəbərlər

Ukrayna Rusiyanın FIFA və UEFA-dan çıxarılmasını tələb etdi
Mutkonun ömürlük cəzasını ləğv edildi
Vitali Mutko istefa verəcək
Mutko bu vəzifədən də getdi
FİFA-dan şok qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər