reklam
Daha bir futbolçu
Sportfm.az xəbər saytı

Daha bir futbolçu "Keşlə"ni tərk etdi -O, Gəncəyə yollana bilər


Bakının "Keşlə" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Sportfm.az xəbər verir ki, yarımmüdafiəçi Samir Zərgərov komandanı tərk edib.

31 yaşlı oyunçunun karyerasını "Kəpəz"də davam etdirəcəyi gözlənilir. Bu seçimdə Zərgərovun əslən Göygöldən olması və bu rayonun Gəncəyə yaxınlığı da rol oynayıb.

Qeyd edək ki, Samir Zərgərovdan əvvəl "Keşlə"ni Elnur Abdullayev, Mirabdulla Abbasov və İlkin Qırtımov tərk edib. Abdullayev "Sumqayıt"la müqavilə bağlayıb. Abbasovun da bu komanda ilə anlaşacağı gözlənilir. Qırtımov isə "Neftçi" keçəcək.

Oxşar xəbərlər

Daha bir legioner "Keşlə"ni tərk etdi - Müqavilə ləğv edildi
“Keşlə” hücumçusu ilə yollarını ayırdı - Müqavilə qarşılıqlı pozuldu
“Neftçi” daha bir futbolçu ilə yollarını ayırdı
“Kəpəz” klubu iki futbolçunu heyətinə qatdı
Abbasov seçim qarşısında qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər