"Heç vaxt özümlə belə qürur duymamışdım" - Dino Ndlovu
"Qarabağ"ın futbolçusu Dino Ndlovu haqda vətəni Cənubi Afrika Respublikasında kitab çapdan çıxıb.
Sportfm.az xəbər verir ki, bu barədə 27 yaşlı hücumçunun özü şəxsi "İnstagram"ında bildirib. "The winning goal" ("Qələbə topu") adlı kitabın müəllifi Sizvi Feys Sitoledir.
Avtobioqrafiya xarakterli əsərin üz qabığında Ndlovunun "Qarabağ"ın heyətində vurduğu qollardan birini qeyd edərkən çəkilmiş fotosu və "Siz bu hissləri supermarketdən ala bilməzsiniz, onun üçün çalışmaq lazımdır. Bu, mənim həyatımın ən yaxşı günlərindən biri idi", - sözləri yer alıb.
Afrikalı forvard kitaba görə minnətdarlıq edərək, "Heç vaxt özümlə belə qürur duymamışdım. Sizvi Feys Sitole, mənə belə böyük layihə kimi yanaşdığın üçün təşəkkür edirəm. Çox həyəcanlıyam", - deyə yazıb.
Qeyd edək ki, Dino Ndlovu İdman Araşdırmalar Mərkəzinin jurnalistlər arasında keçirdiyi sorğu nəticəsində Azərbaycanda 2017-ci ilin ən yaxşı əcnəbi idmançısı seçilib.
Oxşar xəbərlər
"Qarabağ"ın sabiq hücumçusu özü barədə yazılan kitabdan danışdı
Dino Ndlovu: "Həmişə qəlbimdə qalacaqsınız"
Ndlovu "Qarabağ"dan gedir?
Dino Ndlovu üçün uğursuz yubiley
Dino Ndlovu "Qarabağ"da ilk qolunu vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










.jpg)




Misli Premyer Liqası