Rauf Əliyev: "Müraciət etməyə əsaslı səbəb yoxdu"
Albaniyanın "Kukesi" klubundan ayrılan, hazırda azad agent statusu daşıyan Rauf Əliyev apasport.az saytına müsahibə verib.
Sportfm.az həmin müsahibəni təqdim edir:
- FİFA-nın qaydalarına görə, bir mövsüm ərzində üçüncü klubda çıxış edə bilməzsiniz. Hazırkı durumdan necə çıxmağı düşünürsüz?
- İstəyirdim FİFA-ya müraciət edim. Amma çətin ki, mənə icazə versin. Çünki icazə almağım üçün əsaslı bir səbəb yoxdu.
- Deməli, ali futbol qurumudan xüsusi məktubla icazə istəmək fikrindən daşınmısız?
- Bir-iki hüquqşünasla bu haqda məsləhətləşdim. Onlar da başa saldılar ki, FİFA-ya baş vurmağın mənası yoxdu. Buna görə də, fikrimdən daşındım.
- Bəs gələcək karyeranız necə olacaq? Çıxış yolunu nədə görürsüz?
- Nə bilim, vallah. Hələ dəqiq heç nə bilmirəm. Yəqin ki, 1-2 günə nəsə xəbər çıxar.
- Azərbaycanda yaya qədər oynaya biləcəyiniz klub yalnız "Keşlə"di. Sabiq komandanıza qayıtmaq variantı varmı?
- Həyatdı, hər şey ola bilər. Amma indiki məqamda dəqiq nəsə deməyim mümkün deyil.
- "Kukesi"yə keçəndə "Keşlə" rəhbərliyi ilə aranızda narazılıq yaranmışdı. Münasibətinizin yaxşı olmaması "Keşlə"yə qayıtmağınıza problem yaratmayacaq?
- "Münasibətimiz yaxşı deyil" deyəndə ki, durub dalaşmamışıq, qırğın etməmişik. Sadəcə, aramızda bir az narazılıq olmuşdu. Dediyim kimi, həyatdı, hər şey mümkündü.
- Karyeranızı fərqli formatda, qış/yaz sistemində keçirilən çempionatlardan birində davam etdirmək variantı necə, realdı?
- Bəli, realdı. Dediyiniz variant da ola bilər. Buna görə dəqiq bir söz deyə bilmirəm.
- Hansı ölkənin çempionatını nəzərdə tutursuz?
- Reqlamenti dəyişik ölkədi. Orda oynamağım üçün heç bir problem yoxdu. Amma hələ tam qərar verməmişəm.
- Qərarınızı nə vaxt verəcəksiz? Hər halda, gec addım atmaq formadan düşməyinizlə nəticələnə bilər...
- Hələ qış toplanışlarına çox var. Yəqin ki, o vaxta qədər bu məsələ aydınlaşar.
Oxşar xəbərlər
"Futbolsuz qalmaq çox çətindir" - Elvin Yunuszadə
"Nə zəng vuran var, nə də itirib axtaran" - "Sumqayıt"ın bombardiri ortada qalıb
Klublarımız futbolçuların maaşını necə ödəyəcək?
Rauf Əliyev: Mən hələ elə insana rast gəlməmişdim - MÜSAHİBƏ
“Vəziyyət kritikdi” - Rauf Əliyev “Keşlə”yə qayıdır?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası