reklam
“Vəziyyət kritikdi” -
Sportfm.az xəbər saytı

“Vəziyyət kritikdi” -Rauf Əliyev “Keşlə”yə qayıdır?


Hələlik istirahət edirəm. Karyeramı harada davam etdirəcəyimlə bağlı hər hansı bir yenilik yoxdu.

Sportfm.az xəbər verir ki, bu sözləri apasport.az saytına Azərbaycan millisinin hücumçusu Rauf Əliyev deyib.

Dekabrda "Kukesi"dən ayrılan forvard FİFA-nın qaydalarına görə, mövsümün gedişində 3-cü kluba keçə bilməz. 29 yaşlı futbolçu yalnız ali futbol qurumuna rəsmi müraciət etməklə, xüsusi icazə ala bilər. Lakin o, buna ehtiyac duymadığını bildirib: "Açığı, 3-4 nəfərlə bu barədə məsləhətləşdim. Dedilər ki, FİFA-ya müraciətin bir xeyri yoxdu. Ona görə də, buna ehtiyac duymadım".

Qış/yaz sistemində keçirilən çempionatlardan birində oynamaq ehtimalı o qədər də yüksək görünməyən Əliyev mövsümün əvvəlində formasını geyindiyi "Keşlə"yə dönə biləcəyini istisna etməyib: "Bununla bağlı elə-belə söhbət olub. Amma konkret danışıq baş tutmayıb. Bilirəm ki, FİFA-nın məlum qaydasına görə, vəziyyət kritikdi. Qarşıdakı 6 ayda klubsuz da qala bilərəm. Ümid edirəm ki, bir yol açılar, belə problem yaşamaram".

Qeyd edək ki, Rauf Əliyev cari mövsümün əvvəlində "İnter"in (hazırkı "Keşlə"nin) heyətində Avropa Liqası matçlarında iştirak etdikdən sonra "Kukesi"yə keçmişdi.

Oxşar xəbərlər

Rauf Əliyev: Mən hələ elə insana rast gəlməmişdim - MÜSAHİBƏ
Rauf Əliyevsiz "Kukesi" meydanda dava saldı - FOTO
Rauf Əliyev: "Müraciət etməyə əsaslı səbəb yoxdu"
Rauf Əliyev Albaniyada fərqləndi
Rauf Əliyev təsdiqlədi - ölkə xaricinə gedir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər