Ronaldu Avropanın ən yaxşı idmançısı seçildi
Portuqaliya millisinin və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu 2017-ci ildə Avropanın ən yaxşı idmançısı sayılıb.
Sportfm.az saytı bildirir ki, 32 yaşlı hücumçu 26 beynəlxalq informasiya agentliyi arasındakı sorğuda birinci yeri tutub.
Ronaldu "Formula-1" üzrə dünya çempionu Lüis Hemiltonla tennisçi Roje Federer və Rafael Nadalı üstələyib. Polşanın PAP agentliyinin 1958-ci ildən təqdim etdiyi mükafatı o, ardıcıl ikinci dəfə qazanıb.
Kriştianu Ronaldu 2017-ci ildə "Real Madrid"in heyətində İspaniya La Liqasının, Çempionlar Liqasının, Klublararası Dünya Çempionatının, UEFA və İspaniya Super Kubokunun qalibi olub. Portuqaliya millisi ilə isə o, 2018-ci il dünya çempionatına vəsiqə qazanıb.
Oxşar xəbərlər
Ronaldu 10-cu dəfə ilin ən yaxşı futbolçusu seçildi
UEFA 2017/2018 mövsümünün ən yaxşı qolunu açıqladı
"Azərbaycan millisinin də qapısına belə zərbə endirmişdim"
İlin ən yaxşı idmançısı seçildi - Ronaldu və Messini arxada qoydu
Kriştianu Ronaldu ilin ən yaxşı futbolçusu seçildi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası