reklam
Yüksək və Birinci Liqalarda yeni mövsüm başladı
Sportfm.az xəbər saytı

Yüksək və Birinci Liqalarda yeni mövsüm başladı


Futzal üzrə Yüksək və Birinci Liqalarda 2026/2027 mövsümünə start verilib.
Sportfm.az xəbər verir ki, “Olimpik Star” idman kompleksində təşkil olunan 10 qarşılaşmada ümumilikdə 133 qol vurulub.

Yüksək Liqanın ilk turunda “Şuşa MFC” “Marafon İK”nı 5:2 hesabı ilə məğlub edib.

Turun ən böyükhesablı qələbəsini “Neftçi İK” qazanıb. Komanda “Rəvan FK” üzərində 12:1 hesablı qələbə əldə edib.

Birinci Liqada isə turun ən məhsuldar oyunu “Bakı MFK” ilə “İçəri şəhər Bakı” arasında keçirilib. Bu görüşdə “Bakı MFK” rəqibini 28:0 hesabı ilə məğlub edib.

Nəticələri təqdim edirik:

Yüksək Liqa, 1-ci tur

“Marafon İK” – “Şuşa MFC” 2:5

“İmişli FK” – “Xankəndi MFK” 3:11

“Baku Fire” – “AtiDel Ordubad PFK” 7:3

“Yasamal Bakı” – “Araz-Naxçıvan” 1:4

“Rəvan FK” – “Neftçi İK” 1:12

Birinci Liqa, 1-ci tur

“Ulduz Bakı” – “Baku Fire-1” 2:9

“MC Finans” – “Metropoliten Bakı” 10:3

“Star Kargo” – “Neftçala PFK” 10:6

“Bakı MFK” – “İçəri şəhər Bakı” 28:0

“Xəzər FK” – “Xan Lənkəran MFK” 0:16

Oxşar xəbərlər

Yüksək Liqada bu komandalar mübarizə aparacaq - Dəqiqləşdi
Sensasiyaya imkan vermədilər - Azərbaycan Kuboku
Azərbaycan Kubokunun püşkü atıldı
Yeni mövsümün püşkü atıldı - Yüksək və Birinci liqalar
Əsas və birinci liqanın püşkü atılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər