Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Dünyanın ən sürətli insanına ŞOK - FOTO
Altı qat olimpiya, 11 dəfə dünya çempionu olan dünyanın ən sürətli sprinteri Useyn Boltun Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakı sual altındadır.
Sportfm.az anspress-ə istinadən xəbər verir ki, buna səbəb dünyanın ən sürətli adamının vətərinin zədələnməsidir.
Ötən gün 29 yaşlı Bolt milli çempionatın yarımfinalında 100 metrlik məsafəyə qaçışda qalib gəlib. Bolt 100 metrlik məsafəni 10,04 saniyəyə qaçıb. Lakin bundan sonra zədə səbəbindən yamaykalı yarışlardan kənarlaşıb. Bu barədə məşhur idmançı "Twitter" rəsmi mikrobloqunda xəbər verib.
"Mən birinci raunddan sonra dizaltı vətərdə diskomfort hiss etdikdən sonra yenidən yarımfinalda qaçdım. Daha sonra milli çempionatın baş həkimi məni müayinə edərkən vətərimdə birinci dərəcəli yırtıq zədəsi diaqnozu qoydu", - deyə Bolt bildirib.

Oxşar xəbərlər
Dünyanın ən sürətli adamı Fransa klubuna transfer oldu
Useyn Bolt gedəcəyi vaxtı açıqladı
Useyn Bolt karyerasında 9-cu dəfə olimpiya çempionu olub
Useyn Boltdan vida mesajı
Rio-2016: Useyn Bolt 7 qat Olimpiya çempionu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası