reklam
Marşrutların hərəkət sxemi dəyişdirilir -
Sportfm.az xəbər saytı

Marşrutların hərəkət sxemi dəyişdirilir -“Sabah”a görə


Noyabrın 25-də “Sabah” futbol klubunun “Barselona” ilə Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunla əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Sportfm.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun (24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

“Marşrutların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsi (kənar yol), Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə təşkil ediləcək. “Koroğlu” NMM istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək”, – AYNA-dan bildirilib.

Oxşar xəbərlər

Marşrutların hərəkət sxemi dəyişdirilir - “Sabah”a görə
“Formula 1”-lə bağlı Bakıda 20 avtobusun hərəkət sxemi dəyişir
DYP vətəndaşlara müraciət etdi - "Qarabağ" - "Bazel" oyunu ilə bağlı
Yollar vaxtından əvvəl açılacaq - Formula 1
Formula 1-ə görə bağlanan yollar açıqlandı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər