reklam
Sportfm.az xəbər saytı

"Neftçi" Super Liqada ilk məğlubiyyətini aldı


Futtennis üzrə Azərbaycan Super Liqasında növbəti oyun günü maraqlı qarşılaşmalar baş tutub. Belə ki, A qrupunda 7-inci tur çərçivəsində mərkəzi görüşdə "Yeni Günəşli" "Yasamal"la üz-üzə gəlib. Hərəyə bir hissədə qalib gələn komandalar arasında keçirilən son setdə birincilər güclü olduqlarını sübut ediblər.

Sportfm.az saytı xəbər verir ki, bu qrupun digər güclü kollektivi "Marafon"da günü qalibiyyətlə başa vurub. Onlar müvafiq olaraq "Xilə" və NUR-dan üstün olublar. "Marafon" İdman klubunda keçirilən oyunlarda "Atletiko Baku" NUR üzərində inamlı qazanıb. "Yeni Günəşli" ilə qüvvəsini sınayan "Bakı ispanları" zəif rəqib olmadıqlarını isbat ediblər. 1-1-lik bərabərlikdən sonra qalibi aşkar edəcək son setdə "Yeni Günəşli" aktivinə 3 xal yazdırıb. B qrupunda keçirilən görüşlərdə isə sensasion nəticə qeydə alınıb. Elşən Ağaverdiyevin rəhbərlik etdiyi "Zirvə" turnirin favoriti, futtennis üzrə Azərbaycan Kubokunun qalibi "Neftçi" üzərində inamlı qələbə qazanıb. Bu komandalar arasındakı ilk dueldən "Neftçi" qalib ayrılsa da, ikinci sınaqdan "Zirvə" "üzüağ" çıxıb. Eyni hesabla "Şuşa-2017"-ni məğlub edən birincilər, "Meqa"yada heç bir şans verməyib. "Şuşa-2017" və "Meqa" arasında oynanan qarşılaşmada isə Nadiq Qasımovun komandası qalib gəlib. 

Futtennis üzrə Azərbaycan Super Liqası
"Marafon" İdman Klubu 
03 yanvar, 2018-ci il 
A qrupu
Xilə - Marafon      0:2
Atletiko - NUR      2:0
Yeni Günəşli - Yasamal 2:1 
Marafon - NUR    2:0
Xilə - Yasamal    0:2 
Yeni Günəşli - Atletiko 2:1 
B qrupu 
Neftçi - Zirvə         2:0
Şuşa-2017 - Meqa    2:0
Neftçi - Meqa         2:0
Şuşa-2017 - Zirvə    0:2
Meqa - Zirvə          0:2
Zirvə - Neftçi         2:0

Oxşar xəbərlər

Azərbaycan Super Liqasının qalibi məlum oldu - Marafon hamıdan güclüdür
"Atletiko" Şuşa"ya, "Neftçi" "Yeni Günəşli"yə rəqib oldu
"Şuşa" və "Marafon" növbəti qələbələrini qazandı, "Neftçi" İK "Meqa"nı məğlub etdi - Super Liqa davam edir
"Şuşa" komandası Super Liqada ilk qələbəsini rəsmiləşdirdi
Azərbaycanda Super Liqa həyəcanı başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər