reklam
Bu ölkədə bahalı transferlərə görə ağır vergi tutulur -
Sportfm.az xəbər saytı

Bu ölkədə bahalı transferlərə görə ağır vergi tutulur -Sistem qüvvədə qaldı


Çin Futbol Federasiyası qış transfer pəncərəsi üçün vergiləri təsdiqləyib.

Sportfm.az xəbər verir ki, reqlamentə görə sərt vergi tutulmaları qüvvədə qalıb. Klublar qiyməti 7 milyon dollardan artıq olan əcnəbi, 3 milyon dollardan artıq yerli futbolçu transfer etdəcəyi halda 100% vergi ödəməli olacaqlar. Bu pullar federasiya tərəfindən "gənc yerli futbolçuların yetişdirilməsi və ğlkədə futbol hərəkatının inkişafı"na yönələndiriləcək.

Bu vergitutma sistemi 2017-ci ilin yayından tətbiq olunur. Həmin vaxtdan Superliqada mübarizə aparan 16 klubun transfer xərcləri 55 milyon avroya qədər enmişdi. Federasiya analoji addımı atmaqla qarşısına liqanın maliyyə davamlığını qorumaq və qeyri-rasional transfer xərclərini azaltmaq məqsədi ni qoyduğunu açıqlamışdı.

Oxşar xəbərlər

Əcnəbi futbolçuların maaşlarına limit qoyuldu
"Sabah"ın sabiq futbolçusu ən bahalı transferlər sırasında
"Qalatasaray"ın 18 yaşlı futbolçusunu 12 milyon avroya transfer etdilər - FOTO
Ronaldonun "Real"dan ayrılma səbəbi məlum oldu
UEFA transfer qaydalarına yenidən nəzər salacaq - Keçidlər çətinləşə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər