reklam
Beş ölkənin güləşçiləri Bakıda güclərini sınayacaqlar
Sportfm.az xəbər saytı

Beş ölkənin güləşçiləri Bakıda güclərini sınayacaqlar


Yanvarın 16-17-də Bakı İdman Sarayında Müşviq İsayevin xatirəsinə yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə sayca XXI açıq respublika turniri keçiriləcək.

Sportfm.az xəbər verir ki, turnir 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən, yeniyetmə güləşçilərin Olimpiya çəki dərəcələri olan 48, 55, 65, 80 və 100 kiloqram çəkidə sərbəst, 45, 51, 60, 71 və 92 kiloqram çəkidə yunan-Roma güləşi üzrə keçiriləcək yarışlarda 2001-2002-ci il təvəllüdlü idmançılar mübarizə aparacaqlar.

Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilərin iştirak edəcəklər.

İlk gün yunan-Roma, ikinci yarış günündə isə sərbəst güləşçilər mübarizə aparacaqlar.

Çəki dərəcələri üzrə ilk üç yeri tutacaq idmançılar diplom və medalla mükafatlandırılacaqlar.

Oxşar xəbərlər

Güləş üzrə açıq respublika turniri davam edir
Müşviq İsayevin xatirəsinə həsr olunmuş turnir keçiriləcək
Yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı keçiriləcək
Umidjon Bakıda ümid verdi - Xatirə turnirinin ikinci günü sərbəst güləşçilər yarışdı
Güləşçilər Bakı İdman Sarayına toplaşdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər