reklam
Güləş üzrə açıq respublika turniri davam edir
Sportfm.az xəbər saytı

Güləş üzrə açıq respublika turniri davam edir


Bakı İdman Sarayında Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 22-ci açıq respublika turniri davan edir.

Sportfm.az xəbər verir ki, yarış 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

İyulda Bakıda təşkil olunacaq Avropa Gənclərinin Yay Olimpiya Festivalının proqramında yer alan altı (45, 48, 51, 55, 60 və 65 kq) çəki dərəcəsi üzrə keçirilən mübarizədə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilər də iştirak edirlər.

Oxşar xəbərlər

20 Yanvar şəhidinin xatirəsinə güləş üzrə turnir keçirilir
Bu dəfə Gürcüstanı arxada qoyduq
Müşviq İsayevin xatirəsinə həsr olunmuş turnir keçiriləcək
Güləşçilər Bakı İdman Sarayına toplaşdı
Beş ölkənin güləşçiləri Bakıda güclərini sınayacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər