reklam
“Qarabağ”a CAR-dan 2 rəqib
Sportfm.az xəbər saytı

“Qarabağ”a CAR-dan 2 rəqib


"Qarabağ"ın maraq dairəsində olan Xama Billiatın Azərbaycana gəlişi baş tutmaya bilər.

Sportfm.az xəbər verir ki, CAR-ın "Mamelodi Sandaunz" klubunun formasını geyinən forvard elə bu ölkədə qala bilər.

Çünki o, CAR-ın daha iki klubundan təklif alıb. Bunlar "Kayzer" və "Orlando"du. Xüsusən də, ikincilər heyəti 28 yaşlı futbolçu ilə gücləndirməkdə israrlıdılar. Zimbabve millisinin üzvünün "Mamelodi Sandaunz"la müqavilə müddəti iyuna qədər olduğundan, o, mövsümün sonu üçün istənilən komanda ilə müqavilə bağlamaqda sərbəstdi.

"Orlando"nun qarşı tərəflə danışıqlara start verdiyi bildirilir. Pirates klubu ilk təklifinə "yox" cavabı almasına baxmayaraq, növbəti dəfə "Mamelodi Sandaunz"un qapısını döyməyə hazırlaşır. Lakin komandası da onu saxlamaq niyyətindədi. Pretoria klubu bunun üçün hazırda aylıq maaşı 160 min CAR randı (10,6 min avro) olan Billiatın məvacibini daha 40 min rand artırmağa hazırdı.

Qeyd edək ki, Xama Billiat 2013-cü ildən "Mamelodi Sandaunz"un formasını geyinir.(apasport.az)

Oxşar xəbərlər

Billiat Azərbaycana niyə gəlmədi?
Xama Bakıda xama yemək istəmədi!
"Hücumçu çox güman ki, Azərbaycan klubuna yollanacaq" - BBC açıqladı
Xama Billiat qərarını verdi: "Qarabağ"a keçir
"Qarabağ" İbrahimoviçin klubu ilə "kəllə-kəlləyə"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər