Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Hücumçu çox güman ki, Azərbaycan klubuna yollanacaq" -BBC açıqladı
"Qarabağ"a transferi gözlənilən Xama Billiat "Mamelodi Sandaunz"un heyətində son oyununu keçirib.
Sportfm.az xəbər verir ki, komanda Afrika Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Horoya"nın qonağı olub.
Qvineyada keçirilən və 2:2 hesabı ilə başa çatan qarşılaşmada qonaqların ilk qoluna 69-cu dəqiqədə məhz Billiat imza atıb. İkinci qolda isə o, komandasına penalti qazandırıb. Futbolçu 90-cı dəqiqədə baş məşqçi tərəfindən əvəzlənib.
"Billiat 6 il formasını geyindiyi "Mamelodi Sandaunz"la vidalaşdı. Bundan sonra yeni komandasına keçəcək. Hücumçu çox güman ki, Azərbaycan klubuna yollanacaq".
Oxşar xəbərlər
Billiat Azərbaycana niyə gəlmədi?
"Mən onun "Qarabağ"a gedişini qəbul etdim" - Pitso Mosimane
Xama Billiat qərarını verdi: "Qarabağ"a keçir
"Qarabağ" İbrahimoviçin klubu ilə "kəllə-kəlləyə"
“Qarabağ”a CAR-dan 2 rəqib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası