Şəhriyar Məmmədyarov hamıdan irəlidədir
Niderlandın Veyk-an-Zey şəhərində keçirilən şahmat turnirinin beşinci turunda Şəhriyar Məmmədyarov ilə Fabiano Karuana arasında keçirilən görüş Azərbaycan qrossmeysterinin qələbəsi ilə başa çatıb.
Sportfm.az xəbər verir ki, çərşənbə günündə keçirilən oyun 43-cü gedişdə başa çatıb. Azərbaycan təmsilçisi ağ fiqurlarla oynayıb.
Beşinci turda görüşən Vladimir Kramnik (Rusiya) Maqnus Karlsen (Norveç), rusiyalı qrossmeysterlər Maksim Matlakov və Sergey Karyakin oyunu heç-heçə başa çatdırıblar. Pyotr Svidler (Rusiya) Hou İfana, Uesli So (ABŞ) Başkaran Adhibana (Hindistan) qalib gəlib. Qaveyn Cons (İngiltərə) Aniş Giri (Hollandiya) ilə, Vişvanatan Anand (Hindistan) Vey İ (Çin) ilə heç-heçə qurtarıb.
Şəhriyar Məmmədyarov, Aniş Giri və Vişvanatan Anand (hər birinin aktivində 3,5 xal) beş turdan sonra turnirin cədvəlində birinci yerdədirlər. Onlardan sonra Maqnus Karlsen, Uesli So, Vladimir Kramnik (hər birində 3 xal), Sergey Karyakin, Qaveyn Cons, Vey İ, Pyotr Svidler, Maksim Matlakov (hər birində 2,5 xal), Fabiano Karuana (1,5 xal), Başkaran Adhiban (1 xal) və Hou İfan (0,5 xal) gəlir.
Turnir yanvarın 28-də başa çatacaq.
Oxşar xəbərlər
Məmmədyarov Maqnus Karlsenlə heç-heçə etdi
Veyk-an-Zee: Çempion müəyyənləşdi, Məmmədyarov 4-cü oldu
"Şah", mat oldu
Şəhriyar Məmmədyarovun növbəti rəqibi müəyyənləşdi
Şəhriyar Məmmədyarov üçüncü oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası