reklam
Yığmamızın baş məşqçisi yalan danışır, yoxsa vəziyyətdən xəbərsizdir?
Sportfm.az xəbər saytı

Yığmamızın baş məşqçisi yalan danışır, yoxsa vəziyyətdən xəbərsizdir?


Yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışını Bakıda davam etdirir. 

Sportfm.az saytı xəbər verir ki, yanvarın 27-nə qədər paytaxtda hazırlıq keçəcək millimizin baş məşqçisi Joze Alesio da Silvanın iştirakı ilə brifinq təşkil olunub. Jurnalistlərin suallarının cavablandıran braziliyalı mütəxəssis tədbirə 20 yanvar faciəsini anmaqla başlayıb: Bilirəm ki, sabah 20 yanvar faciəsinin ildönümüdür. Bununla bağlı, bütün Azərbaycan xalqına başsağlığı diləyirəm. Bilirsiniz ki, hazırlıq çərçivəsində İran yığması ilə iki dəfə üz-üzə gələcəyik. Həmin görüşlərdən sonra Avropa Çempionatına yollanacaq heyət müəyənləşəcək.

- Komandanın qarşısına hansı hədəflər qoyulub? 

- Əsas hədəf Fransa ilə birinci oyunda qalib gəlməkdir. Təbii ki, qrupdan çıxaraq, növbəti mərhələyə yüksəlmək istəyirik. 

- İspaniya yığmasının gücü hər kəsə məlumdur. 

- Təbii ki, biz bunu bilirik. Ancaq biz indi yalnız birinci qarşılaşma haqqında düşünürük.

- Yığmamızın xaricdə çıxış edən üzvləri hazırda hansı formadadır?

- Vassuro çıxış etdiyi ölkədə çempionat oyunları davam edir, ona görə də o yaxşı formamadır. Vitali Borisov isə 20 gündür məşq etmir. Bu isə onun formada qalmasına təsir edib.  Fineo da son zamanlar istirahətdə olduğu üçün formada deyil. 

- Azərbaycan Çempionatının bombardiri Renat Sultanov yığmaya dəvət olunmayıb. Bu nə ilə bağlıdır? 

- Biz onu İrandaki turnirə aparmışdıq. Bu dəfə də onu çağırmaq istəyirdim. Ancaq eşitdim ki, o, çimərlik futbolu yığması ilə İrana gedəcək. Ona görə Renatı dəvət etmədim.

- Sultanov mətbuata açıqlamasında bildirib ki, İranda bir dəqiqə belə olsun ona şans verilməyib. 

- Onun millinin sisteminə 3 gün ərzində uyğunlaşması qeyri-mumkun olduğundan, onu oynatmadıq. Renat tək deyildi, Seymur Məmmədovun da sistemə uyğunlaşması üçün vaxt lazımdı. Onu da məhz bu amilə görə dəvət etmədim. 

Qeyd edək ki, "Marafon"un üzvü və 16 qolla Azərbaycan çempionatının bombardiri Renat Sultanov çimərlik futbolu üzrə milli komandamıza dəvət edilməyib. 

Oxşar xəbərlər

"Köhnə dünya"ya Bakı Bulvarından başlayan yol (LAYİHƏ)
Vitali Borisov: Bir qədər axsama var
Renat Sultanov: Braziliyalı yalan danışır - ÖZƏL
Azərbaycan çempionatının bombardiri: Bu sadəcə gülüncdür - MÜSAHİBƏ
Futzal yığmamıza kimlər dəvət ediləcək? - ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər