reklam
Azərbaycan çempionatının bombardiri: Bu sadəcə gülüncdür -
Sportfm.az xəbər saytı

Azərbaycan çempionatının bombardiri: Bu sadəcə gülüncdür -MÜSAHİBƏ


Futzal millimiz Sloveniyada keçiriləcək Avropa Çempionatında iştirak edəcək. Komandamızın braziliyalı baş məşqçisi Joze Alesio Da Silva keçmiş Yuqoslaviya respublikasında kimlərə güvənəcəyini də elan edib. Ancaq çox maraqlıdır ki, siyahıda hazırda Yüksək Liqanın bombardiri olan Renat Sultanovun adı yoxdur. Araşdırma zamanı məlum oldu ki, burda başqa məqamlar var. Bir müddət öncə İranda keçirilən beynəlxalq turnirə dəvət alan “Marafon”un kapitanının düşərgəyə niyə çağırılmadığını Da Silva onun çimərlik futbolu üzrə millimizə cəlb edilməsi ilə əlaqələndirib. Məsələ ilə bağlı Sportfm.az saytına açıqlama verən Sultanov belə bir şeyin olmadığını bildirib:“Bunlar hamısı baş məşqçinin uydurmasıdır. Çimərlik futbolu üzrə millimiz uzun müddətdir təlim-məşq toplanışı keçir. Mən futzal oynadığım üçün ora cəlb edilmirəm. Heç mənim özümdən soruşan belə olmayıb ki, sən çimərlik yığmasında varsan, yoxsa yox? Qərarı mən verirəm. Mənimlə isə heç kim əlaqə saxlamayıb. Necə olur ki, hazırda “Marafon” turnir cədvəlində ikinci sırada yer alır, ancaq komandanın heç bir üzvü yığmaya çağırılmayıb. Özü də komandanın aparıcı üzvləri yerli futzalçılardır. Bu sadəcə gülüncdür”.

Qeyd edək ki, 14 turdan sonra Renat Sultanovun aktivində 16 qol var.

Oxşar xəbərlər

Kapitan qayıdır - Onun sabah meydana çıxması gözlənilir
Renat Sultanov: Braziliyalı yalan danışır - ÖZƏL
Yığmamızın baş məşqçisi yalan danışır, yoxsa vəziyyətdən xəbərsizdir?
Futzal yığmamız İrana kimləri aparır?
Millimiz Almaniyaya qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər