reklam
“Kəpəz” avrokuboklarda iştirakdan imtina etdi
Sportfm.az xəbər saytı

“Kəpəz” avrokuboklarda iştirakdan imtina etdi


"Kəpəz" futbol klubu 2018/2019 mövsümündə avrokuboklarda iştirakdan imtina edib.

Sportfm.az xəbər verir ki, cari mövsümdə Azərbaycan Kubokunda mübarizəni dayandıran, Premyer Liqada isə 7 xalla sonuncu - 8-ci pillədə qərarlaşan "sarı-göylər"in rəhbərliyi AFFA-nın Lisenziyalaşdırma Qrupuna qitə miqyaslı turnirlərə qatılmaqla bağlı müraciət etməyə ehtiyac görməyib.

Gələn mövsüm Avropa kuboklarında iştirak üçün müraciət etməyən digər klub isə "Səbail"dir. Premyer Liqanın debütantı ölkə çempionatlarının müxtəlif liqalarında 3 mövsüm çıxış etmədiyinə görə 2018/2019-da avrokuboklara qatıla bilməz.

Qeyd edək ki, AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədova yanvarın 18-də "Report"a açıqlamasında Premyer Liqa klublarından heç də hamısının gələn mövsüm Avropa kuboklarında iştirak üçün müraciət etmədiyini bildirmişdi.

Oxşar xəbərlər

"Sabah" klubu bizə müraciət etməyib" - AÇIQLAMA
Lisenziyalaşdırma ilə bağlı iclas keçirəcək - AÇIQLAMA
Lisenziyalaşdırma mövsümünün tarixi açıqlandı - Azərbaycan Premyer Liqası
Bölgə klubları AFFA-ya müraciət etdi - Premyer Liqaya görə
Klublar niyə lisenziya almaq istəmir?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər