Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rəqibin üzünə tüpürdü, onu ciddi cəza gözləyir
"West Ham United"in müdafiəçisi Artur Masuaku ciddi cəzalandırıla bilər.
Sportfm.az xəbər verir ki, 24 yaşlı futbolçu İngiltərə Kubokunun 1/16 finalında "Wigan Athletic"ə qarşı oyunda rəqib futbolçu Nik Pauellə tüpürüb. Bu səbəbdən oyunun baş hakimi ona birbaşa qırmızı vərəqə göstərib. Fransalı futbolçunun 6 oyunluq diskvalifikasiya olunması gözlənilir. Oyun "Wigan"ın 2:0 hesablı qələbəsi iə yekunlaşıb. Hər iki qolu Uilyam Qriqq vurub.
Qeyd edək ki, 2015-ci ildə bir-birinə tüpürdüyünə görə İngiltərə Futbol Federasiyası Papiss Sisse 7, Conni Evans 6 oyunluq cəzalandırmışdı.
Oxşar xəbərlər
Neymara 7 oyunluq cəza veriləcək
Hakimi vurmaq istədi, ağır cəza aldı - FOTO
UEFA Kuarejmaya 3 oyunluq cəza verdi
Arda Turana daha bir cəza
Simulyasiya edənlər daha ciddi cəzalandırılacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası