Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Simulyasiya edənlər daha ciddi cəzalandırılacaqlar
İngiltərə Futbol Assosasiyası (FA) yeni mövsümdən simulyasiya edən futbolçulara qarşı ciddi mübarizə aparacaq.
Sportfm.az xəbər verir ki, hakimi aldatmağa cəhd edən futbolçular 2 oyunluq diskvalifikasiya ilə cəzalandırılacaq.
Simulyasiya predmeti kimi rəqib futbolçunun qırmızı vərəqə almasına və penalti təyin edilməsinə səbəb olan hərəkətlər götürüləcək. Epizodları xüsusi komissiya 48 saat ərzində nəzərdən keçirəcək. Onun tərkibinə sabiq futbolçu, məşqçi və hakimlər daxil olacaq. Diskvalifikasiya barədə qərar yekdil səslə qəbul olunacaq. Şotlandiyada oxşar qayda artıq tətbiq olunur. Amma orda cəzalandırma qərarını bir şəxs verir. Yeni qərar Premyer Liqada avqustun 4-dən tətbiq edilə bilər.
Oxşar xəbərlər
Premyer Liqada yeni qaydalar
Avstriyalılar Əliyar Ağayev haqda:"Çox ləng idi"
Rəqibin üzünə tüpürdü, onu ciddi cəza gözləyir
Joze Mourinyo yenə cəzalandırılacaq
AFFA-dan klublara sanksiya xəbərdarlığı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası