reklam
Bu dəfə sərbəst güləşçilərimiz İrana yollanır -
Sportfm.az xəbər saytı

Bu dəfə sərbəst güləşçilərimiz İrana yollanır -Təxti Kubokuna


8-9 fevral 2018-ci il tarixdə İran İslam Respublikasının Təbriz şəhərində sərbəst güləş üzrə böyüklər arasında ənənəvi "Təxti Kuboku" beynəlxalq turniri keçiriləcək.

Sportfm.az xəbər verir ki, 23 ölkədən 190-a yaxın idmançının iştirak edəcəyi turnirdə Azərbaycan pəhləvanları da mübarizə aparacaq. 
Məşqçilər Arif Abdullayev və Nazim Əlicanovun rəhbərliyi altında qonşu ölkəyə 10 idmançımız yollanıb. Heyətdə Pərviz İbrahimov, Elçin Vəliyev (hər ikisi 61 kq), Pənah İlyaslı, Coşqun Əzimov (hər ikisi 70 kq), Murad Süleymanov (79 kq), Hacımurad Məhəmmədsəidov, İbrahim Yusubov (hər ikisi 86 kq), Cavid Sadıqov (92 kq), Roman Bəkirov (97 kq) və Umar İsrailov (125 kq) yer alıb. 
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edəcək. 

Oxşar xəbərlər

Güləşçilərimiz “Çempionlar” turnirində iştirak edəcəklər
Sərbəst güləşçilərimiz 4 bürünc medal qazandı
Bəkirov yarımfinalda, Əzimov erməni ilə üz-üzə
Yunan-Roma güləşçilərimiz "Təxti Kuboku"nda
Güləşçilərimiz Dağıstanda mübarizə aparacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər