reklam
Muslera getdi -
Sportfm.az xəbər saytı

Muslera getdi -Vida


Uruqvaylı qapıçı Fernando Muslera 40 yaşında peşəkar futbolçu karyerasını başa vurub.

Sportfm.az xəbər verir ki, təcrübəli qolkiperin karyerasında sonuncu oyun Libertadores kubokunun finalında Argentinanın “Estudiantes” və Braziliyanın “Palmeyras” klubları arasında keçirilən qarşılaşma olub. Musleranın formasını geyindiyi “Estudiantes” görüşdə 0:1 hesabı ilə məğlub olub.

Karyerasının böyük hissəsini “Qalatasaray”da keçirən Muslera 2011-2025-ci illərdə İstanbul təmsilçisinin formasını geyinib. O, bu komanda ilə 8 dəfə Türkiyə çempionu olub.

Muslera Uruqvay millisinin heyətində 137 oyun keçirib. Bu göstəriciyə görə o, yığmanın tarixində üçüncü pillədə qərarlaşıb. Qapıçı yalnız Luis Suares (143 oyun) və Dieqo Qodindən (161 oyun) geri qalır.

Oxşar xəbərlər

Muslera milliyə qayıtdı
Muslera yeni klubunda - RƏSMİ
Musleranın 14 illik “Qalatasaray” macərası bitdi
Muslera Uruqvayı tərk etdi
Muslera "Qalatasaray"dan gedir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər