reklam
“Zirə” 3 futbolçunun razılığını aldı -
Sportfm.az xəbər saytı

“Zirə” 3 futbolçunun razılığını aldı -Onların arasında yığmada çıxış edən oyunçu var


"Zirə" qış "transfer pəncərəsi"nin son günündə daha bir futbolçunu heyətinə qatacaq.

Sportfm.az apasport.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisinin növbəti transferi də əcnəbi futbolçu olacaq.

Son olaraq Jomal Evans Uilyamsla anlaşan bakılılar bu gün "Bohemians"ın sol cinah müdafiəçisi Yani Urdinovla da münasibətləri rəsmiləşdirəcək. Makedoniya millisinin üzvü tibbi baxışdan uğurla keçsə, yeni komandası ilə 6 aylıq sözləşmə imzalayacaq.

Sabah və ya birigün isə "Zirə"yə daha bir əcnəbi oyunçunun qoşulması gözlənilir. Paytaxt təmsilçisi maraq dairəsində olan 3 futbolçudan ən azı birini "transfer pəncərəsi"nin son günündə Bakıya gətirməyi planlaşdırır. Oyunçuların özləri keçidə razılıq versələr də, onların klubları ilə danışıqlar hələ davam edir.

Oxşar xəbərlər

Ukraynalı futbolçular üçün "xüsusi transfer pəncərəsi" - QƏRAR
"Zirə" makedoniyalı futbolçu ilə gücləndi - Transfer
“Zirə”də 6 ayrılıq
"Zirə"nin yeni transferi Bakıya nə vaxt gələcək?
"Qəbələ" əcnəbi hücumçu axtarır - Açıqlama

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər