reklam
Sportfm.az xəbər saytı

"Zirə"nin yeni transferi Bakıya nə vaxt gələcək?


"Zirə" klubu Trinidad və Taboqo millisinin futbolçusu Comal Uliyamsla müqavilə bağlayacaq.

Sportfm.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ayxan Abbasov məlumat verib. O bildirib ki, 24 yaşlı cinah hücumçusu fevralın 6-da Bakıya gələrək tibbi müayinədən keçəcək. Problem çıxmayacağı təqdirdə, vingerlə həmin gün axşam və ya ertəsi sözləşmə imzalanacaq. Uilyamsın son klubu 2016-cı ildən çıxış etdiyi Meksika "Mursielaqos"u olub. 
Baş məşqçinin sözlərinə görə, yaxın günlərdə "Zirə"yə daha bir əcnəbi futbolçunun qoşulacağı gözlənilir.

Qeyd edək ki, Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışını başa vuran "Zirə" bu gün Bakıya dönüb. Qəsəbə təmsilçisi fevralın 6-da məşqlərə start verəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv fevralın 10-da Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində "Sumqayıt"ı qəbul edəcək.(report.az)

Oxşar xəbərlər

"Zirə"nin yeni transferi Bakıya gəldi - Müqavilə imzalayacaq
"Sumqayıt" Türkiyə toplanışını başa vurdu
"Keşlə" təlim-məşq toplanışı üçün xaricə gedəcək
“Zirə”nin hazırlıq planı bilindi
"Zirə"nin rəqibləri müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər