reklam
“Beşiktaş” qapıçısı ilə yollarını ayırdı
Sportfm.az xəbər saytı

“Beşiktaş” qapıçısı ilə yollarını ayırdı


"Beşiktaş" daha bir futbolçu ilə yollarını ayırıb.

Sportfm.az xəbər verir ki, İstanbul klubu Denis Boyko ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Ukraynalı qapıçı artıq özünə yeni komanda tapıb. 30 yaşlı qolkiper azad agent kimi yetirməsi olduğu Kiyev "Dinamo"suna qayıdıb.  

Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb. Əgər Boyko özünü yaxşı tərəfdən göstərsə, yayda müqavilə müddəti artırıla bilər.

Qeyd edək ki, təcrübəli qolkiper ötən mövsümü icarə əsasında İspaniyanın "Malaqa" klubunda keçirib.

Oxşar xəbərlər

"Sumqayıt" qapıçısı ilə yollarını ayırdı
"Zirə" qapıçısı ilə yollarını ayırdı - Müqaviləyə xitam verildi
“Beşiktaş” legioneri ilə yollarını ayırdı - Razılaşma əsasında
“Sabah” serbiyalı futbolçu ilə yollarını ayırdı
Ehtiyatda oturan futbolçuya 300 min avro verdilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər