"Keşlə"nin baş məşqçisi: Lobanovski icazə vermirdi
Azərbaycan Premyer Liqasının 15-ci turunda "Keşlə" "Səbail"i qonaq edib. Ev sahibləri qarşılaşmadan bərabərliklə ayrılıb 1:1.
Sportfm.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "Keşlə"nin ukraynalı baş məşqçisi Yuri Maksimov bunları deyib: Meydanda iki qalib gəlmək istəyən komanda mübarizə aparırdı. Rəqibdən başqa oyun sistemi gözləyirdik, onlar fərqli sistemlə oynadı. Qələbə qazanmaq istəyirdik. Bu xal itkisini analiz edəcəyik. Mən heyrətləndim, Azərbaycan çempionatı çox maraqlıdır. Mübarizə var. Bizə yeni qoşulan futbolçuları tam tanımıram, çünki vaxt azlığı vardı. Bəzi futbolçulara hələ də ümid bəsləyirik. Süni örtüklü meydança daim zədəyə səbəb olur. Hətta mən oynadığım dönəmdə Valeri Lobanovski bizə süni örtükdə oynamağa icazə vermirdi.
Oxşar xəbərlər
Maksimov "Keşlə" ilə kubok qazanmasını böyük uğur hesab etmir...
Yuri Maksimov: Hələ ki, mükafat verilməyib
Yuri Maksimov: Mən burda qalan deyiləm
Yunis Hüseynov: O meydanda olsaydı, nəticə başqa cür ola bilərdi
Samir Əliyev: Oseqeyli bəyənirdim
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası