reklam
Yunis Hüseynov: O meydanda olsaydı, nəticə başqa cür ola bilərdi
Sportfm.az xəbər saytı

Yunis Hüseynov: O meydanda olsaydı, nəticə başqa cür ola bilərdi


Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi" "Kəpəz"i qonaq edib. Ev sahibləri qarşılaşmadan 1:0 qalib ayrılıb. 

Sportfm.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Yunis Hüseynov bunları deyib: Bu gün meydanda yeni bir "Kəpəz" vardı. Biz özümüz meydanın mərkəzini rəqibə vermişdik. Düşünürəm ki, bərabərlik daha ədalətli nəticə olardı. Darionun meydanda olmaması öz sözünü dedi. Heyətdə heç bir futbolçunun artıq çəkisi yoxdur. Buna ciddi nəzarət edirik. Əzmkar komanda yaratmaq istəyirik. Vinçesterin təcrübəsindən istifadə etmək istədik. Yeni gələnlər komandaya güc qatıb. Bu artıq mənim yığdığım komandadır. Oyunu bir futbolçu üzərində qurmuruq. Ancaq bu gün Dario meydanda olsaydı, nəticə başqa cür ola bilərdi. Qol epizodunda səhvə yol verdik. 

Oxşar xəbərlər

"Komanda dağınıq futbol oynadı" - Yunis Hüseynov
"Qol epizodlarından istifadə edə bilmədik" - Yunis Hüseynov
"Hər oyunda uğurlu nəticə əldə etmək istəyirik" - Ayxan Abbasov
Samir Əliyev: Oseqeyli bəyənirdim
"Keşlə"nin baş məşqçisi: Lobanovski icazə vermirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər