reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın müdafiəçisi xəbərdarlıq aldı


Azərbaycan Premyer Liqasının XV turu iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

Sportfm.az xəbər verir ki, Yakub Jezniçak ("Qarabağ") və Vurğun Hüseynov ("Sumqayıt") növbəti turu buraxacaq.

Buna hər iki oyunçunun mövsümdə 4-cü sarı vərəqəni alması səbəb olub. "Qarabağ"ın polşalı müdafiəçisi "Qəbələ" ilə ev görüşündə xəbərdarlıq alıb. 4-cü dəfə cəzalanması onun XVI turun "Səbail"lə matçına "istirahət" qazanması ilə nəticələnib.

"Sumqayıt"ın kapitanı isə "Zirə" ilə qarşılaşmada 4-ə çatıb. Müdafiəçi "Neftçi" ilə növbəti turun vacib qarşılaşmasını buraxmalı olacaq.

Qeyd edək ki, XVI turun oyunları fevralın 17-18-də keçiriləcək.

Oxşar xəbərlər

"Qarabağ"ın Zaqatala səfəri - Birinci divizion
"Neftçi"nin legioneri cəzalı durumda
Premyer Liqanın XXVI turu rəqəmləri gözü ilə - STATİSTİKA
17-ci turu buraxacaq futbolçular
Azərbaycan Premyer Liqasında turun oyunçusu müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər