reklam
Sportfm.az xəbər saytı

"Neftçi"nin legioneri cəzalı durumda


"Neftçi"nin futbolçusu Mamadu Mbodj cəzalı duruma düşüb.

Sportfm.az xəbər verir ki, buna seneqallı müdafiəçinin "Səbail"ə qarşı Azərbaycan Premyer Liqasının XXIV tur matçında (1:0) sarı vərəqə görməsi səbəb olub.

Görüşün əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə rəqibə qarşı kobudluqdan sonra cari mövsümdəki 4-cü xəbərdarlığını alan 29 yaşlı oyunçu "Sumqayıt"la XXV tur qarşılaşmasını buraxacaq. Onunla yanaşı, son matçda qırmızı vərəqə ilə cəzalandırılan Ömər Buludov da növbəti turda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, mayın 4-də keçiriləcək "Sumqayıt" - "Neftçi" oyunu saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

Azərbaycan derbisini kimlər buraxacaq?
Azərbaycan Premyer Liqası: 25-ci turu buraxacaq 12 cəzalı
17-ci turu buraxacaq futbolçular
"Neftçi"nin futbolçusu cəzalı duruma düşdü
"Qarabağ"ın müdafiəçisi xəbərdarlıq aldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər