reklam
Sportfm.az xəbər saytı

"Neftçi"nin oyunçularında respirator xəstəliyi aşkarlandı -Komanda meydana çıxmayacaq


Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının XV turunun bir qarşılaşması təxirə salınıb.

Sportfm.az xəbər verir ki, fevralın 14-də keçirilməli olan “Neftçi” İK – “Yasamal” İK oyunu baş tutmayacaq. 

Buna nominal meydan sahiblərinin 5 futzalçısının səhhətində problem yaranması səbəb olub. Belə ki, bu gün müayinədən keçən “Neftçi” İK komandasının üzvlərində kəskin respirator xəstəliyi aşkarlanıb və həkim oyunçuların azı 1 həftə yataq rejimində qalmalı olduğunu bildirib. 

Bunu nəzərə alan futzal federasiyası “Neftçi” İK – “Yasamal” İK oyununu qeyri-müəyyən vaxta təxirə salıb. Digər 2 oyun əvvəlcədən təyin edildiyi vaxtda başlayacaq. 

XV tur

14 fevral

14:30. “Araz” – EKOL
Bakı İdman Sarayı

16:00. “FK.İD.Futsal” – “Marafon Futsal”
Bakı İdman Sarayı

Oxşar xəbərlər

Təxirə salınmış görüşlərin vaxtı açıqlandı
"Neftçi"nin oyunu yenə təxirə salındı
Yenilənən "Marafon" köhnə rəqibə şans vermədi
"Araz" və "Marafon" qalib gəldi
"Yasamal"FK-dan dan etiraz: Biz buna qarşıyıq - Rəsmi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər