"Yasamal"FK-dan dan etiraz: Biz buna qarşıyıq -Rəsmi
Xəbər verdiyimiz kimi, futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının XV turunun bir qarşılaşması baş tutmayacaq. Belə ki, fevralın 14-də keçirilməli olan “Neftçi” İK – “Yasamal” FK oyunu qeyri-müəyyən vaxta təxirə salınıb. Azərbaycan Futzal Federasiyası hadisə ilə bağlı rəsmi açıqlama verərək bildirib ki, təxirəsalma nominal meydan sahiblərinin 5 futzalçısının səhhətində problem yaranması ilə bağlıdır. Belə ki, bu gün müayinədən keçən “Neftçi” İK komandasının üzvlərində kəskin respirator xəstəliyi aşkarlanıb və həkim oyunçuların azı 1 həftə yataq rejimində qalmalı olduğunu vurğulayıb. Məsələ ilə bağlı Sportfm.az saytını arayan "Yasamal" klubunun direktoru Orxan Allahverdiyev federasiyanın qərarı ilə razılaşmadıqlarını, oyuna hazırlaşdıqlarını qeyd etdi: "Biz məşqlərimizi davam etdiririk. Komandamız dəfələrlə belə hallarla üzləşib. Hətta bir dəfə cəmi 4 futzalçımız vardı, digərləri zədəli idi. Federasiyaya oyunumuzun təxirə salınması üçün müraciət etdik. Bizə bildirdilər ki, elə şey mümkün deyil. Bu Azərbaycan çempionatıdır. Çıxıb oynadıq. Biz "Yasamal" klubu olaraq, qarşılaşmanın təxirə salınmasına razılıq verməmişik. Necə ola bilər ki, bizim rəyimizi öyrənmədən qarşılaşmanı təxirə salırlar? Bu buna qətiyyən qarşıyıq".
Qey edək ki, 14 fevralda Yüksək Liqanın 15-ci turunda ilk oyun məhz "Neftçi" İK və "Yasamal" FK arasında baş tutmalı idi.
Oxşar xəbərlər
Azərbaycan klubunun oyunu təxirə salındı - Kütləvi yoluxma
"Yasamal" 1 xal qazandı
Yenilənən "Marafon" köhnə rəqibə şans vermədi
"Araz" elə həmin "Araz"dır - Naxçıvan klubu qələbə ilə başladı
"Neftçi"nin oyunçularında respirator xəstəliyi aşkarlandı - Komanda meydana çıxmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası