Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
EURO 2016-nın ən yaxşı gənc futbolçusu müəyyənləşdi- FOTO
Portuqaliya milli komandasının yarımmüdafiəçisi Renato Sançez 2016-cı il Avropa çempionatının ən yaxşı gənc futbolçusu sayılıb. Sportfm.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Sançez SOCAR-ın təsis etdiyi müvafiq mükafata layiq görülüb. O, Avropa çempionatlarının final oyunlarının ən gənc iştirakçısı olub. Fransa ilə həlledici qarşılaşmaya portuqaliyalı istedad 18 yaş 327 günündə ikən çıxıb. Əvvəlki nailiyyət Kriştiano Ronaldoya (EURO 2004, 19 yaş 150 gün) məxsus olub. Siyahıda 3-cü yeri isə keçmiş SSRİ yığmasının hücumçusu Anatoli Baydaçnı (EURO 1972, 19 yaş 261 gün) tutur. Beləliklə, Sançez tarixdə Avropa çempionu titulunun ən gənc sahibinə çevrilib. SOCAR mükafatı 1994-cü ilin yanvarın 1-dən sonra dünyaya gələnlərə şamil olunur və UEFA-nın texniki direktoru Yoan Lupeskunun rəhbərlik etdiyi texniki nəzarətçilər, eləcə də Aleks Ferqyuson və Alen Jiress tərəfindən seçilir.
Qeyd edək ki, Portuqaliya millisi finalda Fransaya əlavə vaxtda vurduğu qolla qalib gəlib - 1:0.

Oxşar xəbərlər
EURO 2016: Finalçılar barədə məlumatlar
EURO 2016: Ronaldo rekorda şərik oldu
EURO 2016": 1/8 final cütlükləri müəyyənləşdi
EURO 2016-da ilk dəfə
“Ronaldo EURO 2016-da 10 qol vuracaq”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası