reklam
Çempionlar Liqası:
Sportfm.az xəbər saytı

Çempionlar Liqası:Londonda iki qol, Almaniyada darmadağın


Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

Sportfm.az xəbər verir ki, "Beşiktaş" Münhendə "Bavariya"nın qonağı olub. Artıq 16-cı dəqiqədə "qara qartallar"ın müdafiəçisi Domaqoy Vida sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. Say üstünlüyündən yararlanan meydan sahibləri cütün taleyini ilk oyundaca həll edib - 5:0.

Günün digər matçı isə İngiltərənin paytaxtı Londonda baş tutub. "Çelsi" doğma azarkeşlər önündə İspaniya "Barselona"sı ilə üz-üzə gəlib. Qrup mərhələsində "Qarabağ"ın rəqibi olmuş "zadəganlar" 62-ci dəqiqədə Villianın qolu ilə hesabda önə keçiblər. Lakin 75-ci dəqiqədə Lionel Messi "Barsa"nın bərabərlik qolunu vurub.

Çempionlar Liqası. 1/8 final, ilk oyunlar

20 fevral

23:45. "Bavariya" (Almaniya) - "Beşiktaş" (Türkiyə) - 5:0

Qollar: Tomas Müller, 43;66. Kinqsli Koman, 52. Robert Levandovski, 79; 88

Qırmızı vərəqə: Vida, 16 (Beşiktaş)

Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)

23:45. "Çelsi" (İngiltərə) - "Barselona" (İspaniya) - 1:1

Qollar: Vilian, 62 - 75 Lionel Messi

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Qeyd edək ki, 1/8 final mərhələsinin əvvəlki qarşılaşmalarında İtaliya "Yuventus"u evdə İngiltərə "Tottenhem"i ilə 2:2 hesablı heç-heçə edib. İspaniya "Real Madrid"i öz meydanında Fransa PSJ-sini 3:1, İngiltərənin "Mançester Siti" klubu İsveçrədə "Bazel"i 4:0, "Liverpul" isə Portuqaliyada "Sportinq"i 5:0 hesabı ilə yenib.

Bu gün İspaniya "Sevilya"sı İngiltərə "Mançester Yunayted"ini, Ukrayna "Şaxtyor"u İtaliya "Roma"sını qəbul edəcək. Cavab görüşləri 6-7 mart və 13-14 martda keçiriləcək.

Oxşar xəbərlər

"Liverpul" səfərdən qalibiyyətlə dönür - Çempionlar Liqası
"Bavariya" və "Yuventus"dan böyükhesablı qələbə - Çempionlar Liqası
1/8 finala yekun vuruldu - Çempionlar Liqası
ÇL: Sevilyada səssizlik, Xarkovda əzmkar qələbə
ÇL-də püşk atıldı: "Beşiktaş" üçün "Bavariya", "Real" üçün PSJ, "Çelsi" üçün isə...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər