Avropa Liqasında bütün 1/8 finalçılar müəyyənləşdi
Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Rusiyada yerli ÇSKA Serbiya “Srvena Zvezda”sını qəbul edib. Bu komandalar arasında Belqradda keçirilmiş ilk oyunda hesab açılmamışdı. Cavab görüşündə isə Moskva təmsilçisi minimal hesabla qalib gələrək 1/8 finala ilk vəsiqənin sahibi olub.
Bu gün keçirilən 15 oyunla mərhələyə yekun vurulub.
Turnirin favoritlərindən olan, ilk görüşlərində müvafiq olaraq "Ludoqorets" və "Ostersund"u səfərdə böyük hesabla (3:0) məğlub edən "Milan" və "Arsenal" 1/8 finalın bir addımlığındaydı. Avropa Liqasının favoritlərindən olan "Atletiko"nun da bir ayağı 1/8 finaldadı. "Hindular" mərhələnin ilk matçında səfərdə "Kopenhagen"i 4:1 hesabıyla məğlub etmişdi. Bu klublar cavab görüşlərində sürprizə imkan verməyiblər və mərhələ adlayıblar.
Günün maraqlı oyunlarından biri Leyptsiqdə keçirilib. Eyniadlı komanda ilk matçda səfərdə 3:1 hesabıyla məğlub etdiyi "Napoli"ni qəbul edib. A seriyasının liderinin Almaniyada "silah"ı yerə qoyub-qoymayacağı maraq doğururdu. Neapollular bu görüşdə 2 cavabsız qolla qalib gəlsələr də, sonda sevinən tərəf almanlar olublar.
Avropa Liqası
1/8 final, cavab oyunları
21 fevral
ÇSKA (Rusiya) - Srvena Zvezda (Serbiya) 1:0 (ilk oyun 0:0)
Qol: Dzaqoyev, 45.
22 fevral
Lokomotiv (Rusiya) - Nitsa (Fransa) 1:0 (3:2)
Qol: İqor Denisov, 30.
Sportinq (Portuqaliya) - Astana (Qazaxıstan) 3:3 (3:1)
Qol: Dost, 3. Fernandes, 53; 63 - Tomasov, 37. Tvumasi, 80. Şomko, 90.
Latsio (İtaliya) - Styaua (Rumıniya) 5:1 (0:1)
Qol: İmmobile, 7; 43; 71. Bastos, 35. Anderson, 51 - Qnoere, 82.
Viktoriya (Çexiya) - Partizan (Serbiya) 2:0 (1:1)
Qol: Krmençik, 67. Çermak, 90.
Vilyarreal (İspaniya) - Lion (Fransa) 0:1 (1:3)
Qol: Traore, 85.
Leyptsiq (Almaniya) - Napoli (İtaliya) 0:2 (3:1)
Qol: Zelinski, 33. İnsinye, 86.
Zenit (Rusiya) - Seltik (Şotlandiya) 3:0 (0:1)
Qol: İvanoviç, 8. Kuzyaev, 27. Kokorin, 61.
Dinamo (Kiyev, Ukrayna) - AEK (Yunanıstan) 0:0 (1:1)
Atletiko (İspaniya) - Kopenhagen (Danimarka) 1:0 (4:1)
Qol: Qameyro, 7.
Braqa (Portuqaliya) - Marsel (Fransa) 1:0 (0:3)
Qol: Horta, 31.
Arsenal (İngiltərə) - Ostersund (İsveç) 1:2 (3:0)
Qol: Kolasinaç, 47 - Ayeş, 22. Sema, 23.
Milan (İtaliya) - Ludoqorets (Bolqarıstan) 1:0 (3:0)
Qol: Borini, 21.
Zalsburq (Avstriya) - Real Sosyedad (İspaniya) 2:1 (2:2)
Qol: Dabbur, 10. Berişa, 74 - Navas, 28.
Atletik (Bilbao, İspaniya) - Spartak (Rusiya) 1:2 (3:1)
Qol: Eçeyta, 57 - Adriano, 44. Melqarejo, 85.
Atalanta (İtaliya) - Borussiya (Dortmund, Almaniya) 1:1 (2:3)
Qol: Toloy, 11 - Şmeltser, 83.
Oxşar xəbərlər
Avropa Liqası: Kiyev "Dinamo"sundan uğurlu nəticə
Avropa Liqasının 1/16 final oyunları - Nəticələr
Avroliqanın püşkü atıldı - 1/16 finalda İtaliya-Almaniya dueli yaşanacaq
"Arsenal" səfərdə, "Milan" evdə sevindi - Avropa Liqasında gecənin nəticələri
Avropa Liqasında püşk atıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası