Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Vəli Qasımov:"Dəyişiklik olmayacaq"
Sabah "Neftçi” Avroliqanın II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında "Şkendiya”nı qəbul edəcək. Sportfm.az saytının məlumatına görə, "ağ-qaralar”ın çalışdırıcısı Vəli Qasımov bu gün "Bakcell Arena”da oyunöncəsi mətbuat konfransı keçirib. "Oyunda sərfəli nəticə qazanıb, mərhələni adlamaq üçün üstünlük əldə etmək istəyirik. Uzun müddətdir öz meydanımızda qələbə qazanmırıq. Rəqib yaxşı komandadır, heyətində 6 legioner futbolçu var. Bizdə böyük problem var: Elşən Abdullayev zədəlidi. Onun sabahkı matçda oynayıb-oynamayacağı hələ bilinmir. Bir hücumçu ilə danışıqlar aparırıq. Bəzi oyunçular əlimizdən çıxdılar, digər klubların təkliflərini üstün tutdular. Start heyəti məlumdu. Ancaq açıqlaya bilməyəcəm. Elə də böyük dəyişiklik olmayacaq. Çünki heyətimiz o qədər geniş deyil.Rəqibin oyun üslubunu bilirik. Oyuna hazırıq. Bu gün komanda "Şkendiya" qarşısına çıxmağa hazırdır. Komandanın çıxıb yaxşı nəticə göstərəcəyinə inanıram”.
Oxşar xəbərlər
Robert Prosineçki:"Oyunda yaxşı çıxış edəcəyinə söz verə bilmərəm"
Qurban Qurbanov: "Komandamız oyuna hazırdır"
Vəli Qasımov: ”Azarkeşlərə yazığım gəlmir?!”
Vəli Qasımov:"Ehtiyat qüvvəmiz yoxdur"
Vəli Qasımov: "İstəyərdim, yeni hücumçumuz olsun"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası