reklam
Vəli Qasımov:
Sportfm.az xəbər saytı

Vəli Qasımov: "İstəyərdim, yeni hücumçumuz olsun"


Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində ilk görüşdə "Baltsan” üzərində Maltada 2:0 hesablı qələbə qazanan "Neftçi" evdə məğlub olsa da, turu keçən tərəf olub. Sportfm.az saytının məlumatına görə, "ağ-qara"ların baş məşqçisi Vəli Qasımov qarşılaşmadan sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarına cavab verib.
 
- Belə oyunla növbəti mərhələdə nəyə ümid edirsiz?
- İlk oyunda daha yaxşı oynamışdıq. 5-6 qol vura bilərdik. Onlar burda hücum futbolu oynadılar. Bütün matçlar eyni olmur.
 
- Müdafiəylə yarımmüdafiə xətti arasında əlaqə yox idi. Həm də, 75-ci dəqiqədən sonra komandanın fiziki cəhətdən çatdırmadığını gördük.
- Komandada anlaşılmazlıq var idi. Əsasən, qoldan sonra əziyyət çəkdik. Qol olmasaydı, daha rahat oynayardıq. Maltadan gələndən sonra həmişə danışırdıq ki, rəqibə ciddi yanaşmaq lazımdı.
 
- Rəqib penaltini vura bilsədi, "Baltsan” mərhələ adlaya bilərdi. Belə olsaydı, nə şərh gətirəcəkdiz?
- Çox pis. Məncə, biz yaxşı yoldayıq. Bu gün əsas odu ki, mərhələ adladıq. Komandaya bir qədər vaxt lazımdı.
 
- Yeni transferlər gözlənilir?
- İstəyərdim, yeni hücumçumuz olsun. Çünki hücum cəhətdən problemlərimiz var.

Oxşar xəbərlər

"“Qarabağ”ın oyunçularından almaq istəyərdim” - “Linfild”in baş məşqçisi
"Şerif"in baş məşqçisi:"Hücum edə bilməzdik"
"Neftçi"nin məşqçisi: "Baş məşqçimiz istefa versə, biz də verəcəyik"
Vəli Qasımov: ”Azarkeşlərə yazığım gəlmir?!”
Vəli Qasımov:"Dəyişiklik olmayacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər