Derbini izləmək istəyən 35 qadın saxlanıldı
İranda "Esteqlal" və "Persepolis" futbol komandaları arasındakı Tehran derbisini izləmək istəyən 35 qadın saxlanılıb.
Sportfm.az xəbər verir ki, xanım fanatlar oyundan sonra buraxılıblar. "Azadi" stadionunda keçirilmiş görüş "Esteqlal"ın qələbəsi ilə yekunlaşıb - 1:0.
Ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, qadınlar həbs olunmayıb. Onun sözlərinə görə, zərif cinsin nümayəndələri "münasib yer"ə aparılıb. Xanımlar məhz bu oyunu görüşdə FİFA prezidenti Canni İnfantinonun da iştirakı ilə əlaqədar izləmək istəyiblər. Qadınlar bu addımı oyunları izləmələrinə qadağanın qoyulduğunu futbol rəsmilərinin diqqətinə çatdırmaq məqsədi ilə atıblar.
Qeyd edək ki, İranda qadınların futbol matçlarına daxil olmalarına 1979-cu ildən qadağa qoyulub.
Oxşar xəbərlər
Qadınların stadiona girişini öz gözü ilə görmək istəyir
İranda qadınlar stadiona buraxıldı - FOTOLAR
Futbol federasiyasından gözlənilməz qərar - Qadınlar oyunları izləyəcək
FİFA İrandan tələb etdi - İcazə verin
İranda qadınlar elə bir şey etdiki... FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası