Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Alim Nəbiyev “Glory” seriyalı yarışda qüvvəsini sınayacaq
“Qəbələ” idman klubunun təmsilçisi Alim Nəbiyev bu gün növbəti döyüşünü keçirəcək.
Sportfm.az xəbər verir ki, kikboksçumuz nüfuzlu “Glory” seriyalı yarışda qüvvəsini sınayacaq. A.Nəbiyev Hollandiyanın Rotterdam şəhərində baş tutacaq “Glory51” turniri çərçivəsində döyüşəcək. Yarımorta çəki dərəcəsində çıxış edən idmançımızın rəqibi kamerunlu Sedrik Doumbe olacaq.
Bu döyüş 24 yaşlı A.Nəbiyevin, ümumilikdə 55-ci, “Glory”də 3-cü qarşılaşması olacaq. İdmançımız bu liqada keçirdiyi hər iki döyüşdən qalib ayrılıb. Təmsilçimiz 54 döyüşdən 21-də nokautla qalib gəlib. Hesabında 68 qələbə, 1 heç-heçə və 5 məğlubiyyət olan Doumbe isə 39 dəfə nokautla udub.
Oxşar xəbərlər
Nəbiyev Azərbaycan çempionu oldu - UĞUR
Azərbaycanlı idmaçı amerikalıya qalib gəldi - Beynəlxalq turnir
Azərbaycan kikboksçu Makqreqorla döyüşmək istəyir - FOTO
Azərbaycanlı “Professor” “Yırtıcı”nı məğlub etdi
Azərbaycanlı idmançıdan möhtəşəm qələbə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası