reklam
Azərbaycanlı idmançıdan möhtəşəm qələbə
Sportfm.az xəbər saytı

Azərbaycanlı idmançıdan möhtəşəm qələbə


Hollandiyanın Rotterdam şəhərində kikboksinq üzrə "Glory" seriyalı növbəti turnir keçirilib.

Sportfm.az xəbər verir ki, Azərbaycanın və "Qəbələ" İdman Klubunun təmsilçisi Alim Nəbiyev də "Glory 49"un iştirakçısı olub. Yarımorta çəki dərəcəsində çıxış edən idmançımız təşkilatın sabiq çempionu hollandiyalı Niki Holtskenlə qarşılaşıb.

Üç raund davam edən döyüşdə rəqibini aşkar üstələyən Nəbiyev hakimlərin yekdil qərarı ilə qələbə qazanıb. Bununla da "Glory" reytinqindəki xal hesabını 466-ya çatdıran Alim siyahının 6-cı pilləsində qərarlaşıb.
Xatırladaq ki, Rotterdamdakı uğur Alimin "Glory" seriyasında 2-ci qələbəsi olub. Oktyabrda Fransanın Lion şəhərində yerli idmançı Cimmi Vienota qalıb gələn idmançımız bu dəfə aktivinə növbəti qələbəni yazıb.

yenicag.az

Oxşar xəbərlər

Azərbaycanlı idmaçı amerikalıya qalib gəldi - Beynəlxalq turnir
Azərbaycan kikboksçu Makqreqorla döyüşmək istəyir - FOTO
Azərbaycanlı “Professor” “Yırtıcı”nı məğlub etdi
Alim Nəbiyev “Glory” seriyalı yarışda qüvvəsini sınayacaq
Alim Nəbiyev dünya çempionudur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər