Dünya çempionu Deontey Uaylder yeddinci dəfə titulunu qorudu
Dünya Boks Şurasının (WBC) super ağır çəki dərəcəsində dünya çempionu amerikalı Deontey Uaylder Nyu-Yorkda keçirilən qarşılaşmada rəqibi Luis Ortisi məğlub edərək yeddinci dəfə titulunu qoruyub.
Sportfm.az xəbər verir ki, Uaylder 12 raundluq döyüşün 10-cu raundunda texniki nokautla qalib gəlib. Bu qələbə ilə 32 yaşlı Uaylder peşəkar rinqdə məğlubedilməzlik seriyasını qoruyub. Keçirdiyi 40 döyüşün hamısında qələbə qazanan amerikalı boksçu 39 görüşdə nokautla qalib gəlib.
Otuz səkkiz yaşlı Ortis isə 28 qələbədən ibarət məğlubedilməzlik seriyasını qoruya bilməyib.
Bu görüşün nəticəsində Uaylder 2,1 milyon, Ortis isə 500 ABŞ dolları gəlir əldə edib.
Hər iki boksçu arasında qarşılaşma noyabrda planlaşdırılsa da, Ortis dopinq testindən keçə bilmədiyi üçün diskvalifikasiya edilmişdi. Ona görə də Uaylder titulunu qorumaq üçün kanadalı Bermeyn Stivern ilə qarşılaşmış və ilk raundda da nokautla qələbə qazanmışdı.
Super ağır çəki dərəcəsinin digər versiyası üzrə dünya çempionu britaniyalı Antoni Coşua ilə yeni zelandiyalı Cozef Parker arasında qarşılaşma isə martın 31-də Kardifdə keçiriləcək.
Oxşar xəbərlər
Tayson və Deontey arasındakı döyüşün vaxtı dəyişdiriləcək Futbol matçı səbəbindən
Nə istədiyini dedi, hər kəsi şok etdi - FOTO
Superağır çəkili boks çempionlarının döyüş tarixi məlum oldu
Dünya çempionunun rəqibi dəyişdi
Dünya çempionu:"Bu axmaq yenə yaxalandı"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası