Tayson və Deontey arasındakı döyüşün vaxtı dəyişdiriləcəkFutbol matçı səbəbindən
Ağır çəkidə Dünya Boks Şurasının (WBC) dünya çempionu britaniyalı Tayson Furi ilə amerikalı Deontey Uaylder arasındakı döyüş ABŞ-da keçiriləcək futbol matçı səbəbindən dekabrın 19-da baş tutmayacaq.
Sportfm.az xəbər verir ki, bu barədə döyüşün promouter və təşkilatçısı Bob Arum məlumat verib. Onun sözlərinə görə, döyüş dekabrın əvvəlindəki hər hansı bir tarixə dəyişdirilə bilər.
Döyüşün əvvəlcə iyulun 18-də keçirilməsi planlaşdırılsa da, daha sonra koronavirus pandemiyası səbəbindən oktyabrın 3-nə təxirə salınıb. Ancaq bundan sonra da döyüşün təyin olunmuş tarixdə baş tutmayacağına qərar verilib. Nəticədə, qarşılaşma dekabrın 19-na təyin edilib.
Xatırladaq ki, boksçular 2018-ci ilin dekabrında görüşmüşdülər. Həmin döyüşdə qalib müəyyənləşməmişdi.
Oxşar xəbərlər
Yenə razılaşa bilmədilər! - döyüş baş tutmayacaq
Rusiyada keçiriləcək dünya kuboku təxirə salındı - Koronavirusa görə
Tayson amerikalı boksçu ilə döyüşdən imtina etdi - "Tam hazır vəziyyətdəyəm”
Mayk Tayson-Roy Cons döyüşünün tarixi dəyişdirildi - Əlavə gəlir üçün
Dünya çempionu Deontey Uaylder yeddinci dəfə titulunu qorudu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası