reklam
Avropa Liqası: “Qəbələ”, “Neftçi” və “Kəpəz” üçün çətin rəqiblər
Sportfm.az xəbər saytı

Avropa Liqası: “Qəbələ”, “Neftçi” və “Kəpəz” üçün çətin rəqiblər


Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılacaq. Sportfm.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Azərbaycanı Avroliqada təmsil edən hər üç klub - "Qəbələ", "Neftçi" və "Kəpəz" səpələnməmişlər səbətində yer alıb. Bu isə o deməkdir ki, klublarımız ilk iki təsnifat mərhələsi ilə müqayisədə daha güclü komandalara rəqib olacaq. Amma bunun üçün hələ klublarımız özləri də ikinci təsnifat mərhələsini qalib başa vurmalıdır.
 
Püşkün nəticəsinə gəlincə, "Qəbələ" növbəti mərhələyə adlasa, Fransanın "Lill", "Neftçi" Çexiyanın "Mlada Boleslav", "Kəpəz" isə bu ölkənin digər təmsilçisi "Sovan"la qarşılaşacaq.
 
"Qəbələ" / MTK (Macarıstan) - "Lill" (Fransa)
"Neftçi" / "Şkendiya" (Makedoniya) - "Mlada Boleslav" (Çexiya)
"Kəpəz" / "Admira" (Avstriya) - "Slovan" (Çexiya) 
 
Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin oyunları 28 iyul və 4 avqust tarixlərində keçiriləcək. 

Oxşar xəbərlər

"Neftçi", "Sabah" və "Qəbələ"nin rəqibləri bilinəcək - Konfrans Liqası
Avropa Liqası: III təsnifat mərhələsinin cütləri
Qriqorçuk: "Lill"lə düşməklə bəxtimiz gətirdi"
Avropa Liqasında III təsnifat mərhələsinin cütlükləri
Çempionlar Liqası: "Qarabağ" üçün Çexiya çempionu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər